waplog

“5G” şəbəkəsindən istifadə edilməklə ilk distant cərrahiyyə əməliyyatı keçirilib


Çində dünyada ilk dəfə olaraq beşinci nəsil mobil rabitə şəbəkəsindən (5G) istifadə edilməklə distant cərrahiyyə avadanlığının sınağı keçirilib. Testdə iştirak edən Futszyan əyalətinin həkimi idarəetmə mərkəzindən 50 km uzaqda yerləşən əməliyyat otağındakı laboratoriya heyvanının qaraciyərini çıxarıb.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, həkimin idarəetmə qurğusu və cərrahiyyə otağındakı robot arasında siqnalın ötürülməsi vaxtında yubanma 0,1 saniyə təşkil edib.

Tədqiqatçılar bildirib ki, siqnalın yüksək sürətlə ötürülməsi potensial ölümcül tibbi səhvlər riskini azaltmağa imkan verəcək. Onlar ümid edirlər ki, “5G” şəbəkəsindən istifadə edilməklə distant cərrahiyyə tezliklə insanların müalicəsi üçün daha təhlükəsiz olacaq.

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL