waplog

Bu brauzerdə “Flash” plaqininin dəstəyi dayandırılacaq


2021-ci ilədək “Mozilla” şirkəti “Adobe Flash” texnologiyasının dəstəyini tam dayandırmaq niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, “Mozilla” şirkətinin proqramçıları 2019-cu ilin sentyabrında təqdim edilməsi nəzərdə tutulan yeni “Firefox 69” brauzerində “Adobe Flash” plaqininin dəstəyini dayandırmaq niyyətindədir.
 
2017-ci ilin iyulunda “Adobe” şirkəti 2020-ci ildə “Adobe Flash” texnologiyasının dəstəyini tam dayandırmaq haqda məlumat vermişdi. Bu texnologiyanı “HTML5”, “WebAssembly” və ya “WebGL” texnologiyaları əvəz edəcək.
 
“Flash” texnologiyası multimedia materiallarının (video, animasiya, oyunlar) hazırlanması və  nümayişi üçün geniş istifadə olunurdu. Platforma daha çox enerji sərfiyyatı və çoxlu sayda boşluqlara görə tənqid olunurdu. Son illərdə brauzerlərdə “Flash” texnologiyası “HTML5” standartının geniş yayılmasına görə sıxışdırılmışdı.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL