waplog

Şirkətlər “Əşyalar interneti”nin təhlükəsizliyi üçün blokçeyn texnologiyasından 2 dəfə çox istifadə etməyə başlayıblar


Mobil telefon və kredit kartları üçün çip istehsalçısı “Gemalto” şirkətinin araşdırmasına görə, 2018-ci ildə  şirkətlər “Əşyalar interneti”nin (IoT) təhlükəsizliyi üçün blokçeyn texnologiyasından iki dəfə daha çox istifadə ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, müxtəlif ölkələrdə biznes və informasiya texnologiyaları üzrə qərarların qəbuluna məsuliyyət daşıyan təxminən 950 rəhbər arasında sorğu keçirilib. Respondentlərin 23%-i “IoT” avadanlıqların təhlükəsizliyinin təmini üçün blokçeyn texnologiyasını mükəmməl həll hesab edirlər. Həm də hazırda sözügedən texnologiyanı tətbiq etməyən təşkilatların 91%-i gələcəkdə ondan istifadə etmək barədə düşünürlər.
 
Yaxın Şərq ölkələrində keçirilmiş sorğu iştirakçılarının 73%-i bildirib ki, onlar “Əşyalar interneti”nin təhlükəsizliyinin təmini üçün blokçeyn texnologiyasından istifadəni öyrənməyə çalışırlar. Hindistanda belə respondentlərin sayı 68%, ABŞ-da isə 56% təşkil edib.
 
Rəyi soruşulmuşların 29%-i bildirib ki, “Əşyalar interneti”nin təhlükəsizliyinin təmini üçün biometrik məlumatlardan istifadə edirlər, 40% isə bunu planlaşdırır.
 
Respondentlərin 71%-nin sözlərinə görə, onların şirkəti “IoT” məlumatlarını şifrləyir. Şirkətlərin 66%-i paroldan, 38%-i isə ikimərhələli autentifikasiyadan istifadə edirlər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL