waplog

“WhatsApp”ın fəaliyyətində qlobal nasazlıq yaranıb


“WhatsApp” messencerinin istifadəçiləri nasazlıqla üzləşiblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, messencerin fəaliyyətində problemlər çərşənbə axşamı dünyanın bir sıra ölkələrində müşahidə edilməyə başlayıb. Bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” resursu məlumat verib.

Məlumata görə, “WhatsApp”da nasazlıqla rastlaşan istifadəçilərin əksəriyyəti (41 faiz) bağlantı ilə bağlı problemin olmasını bildirib. 35 faiz məlumatların göndərilməsi və qəbulu, daha 23 faiz avtorizə zamanı çətinliklərlə üzləşib.

Nasazlıqdan daha çox Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstriya və İspaniya, eləcə də ABŞ, Meksika, Braziliya və Çili sakinləri şikayət ediblər.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL