waplog

Spartakiadada gərgin mübarizə şəraitində keçən daha bir yarış yekunlaşıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, "Spartak" Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Sağlamlıq – 2018" Respublika Spartakiadası çərçivəsində atletika (kross) idman növü üzrə yarış baş tutub.
 
9 komandanın qatıldığı yarış gərgin mübarizə şəraitində keçib.
 
Nəticədə birinciliyi "Bakı Telefon Rabitəsi" MMC-nin komandası qazanıb.
 
II pillədə Dövlət Radiotezliklər İdarəsinin komandası, III pillədə isə "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC-nin komandası qərarlaşıb.
 
Qeyd edək ki, sözügedən idman spartakiadası çərçivəsində növbəti olaraq 04-06 fevral tarixlərində şahmat yarışı keçiriləcək.











NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL