waplog

“Instagram” şəbəkəsinin fəaliyyətində problemlər yaranıb


“Instagram” sosial şəbəkəsinin dünya üzrə istifadəçiləri servisin işində problemlərin yaranması ilə üzləşiblər. Bu barədə populyar internet saytlarının işini izləyən “Downdetector” resursunun məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, portalın məlumatına görə, servisin fəaliyyətində texniki nasazlıqlar bir sıra Avropa, Şimali və Cənubi Amerika və Asiya ölkələrində müşahidə edilib.

Bildirilir ki, “Instagram” istifadəçilərinin 58 faizi məlumatlar lentində yeni bildirişlərin yüklənilməsində problemlərlə rastlaşıb, 22 faizi hesaba daxilolma ilə bağlı problemlərdən şikayətlənib, 18 faizi veb-sayt üzrə problemlərlə üzləşib.  

Qeyd edək ki, “Instagram” sosial şəbəkəsi elementli fotoşəkil və videoyazıların mübadiləsi üçün pulsuz mobil əlavə olmaqla fotoşəkil və video çəkməyə, onlar üçün filtr tətbiq etməyə, eləcə də onları öz servisi və bir sıra digər sosial şəbəkələr vasitəsilə yaymağa imkan verir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL