waplog

“KATIM R01” dünyada ən möhkəm smartfondur


"DarkMatter Group" şirkəti "KATIM R01" smartfonunu təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, bu, dünyada ən təhlükəsiz mobil qurğudur.

Bildirilir ki, satışa çıxarılan əksər təhlükəsiz mobil qurğulardan fərqli olan "KATIM R01" smartfonu həm fiziki təsirdən, həm də müdaxilədən mühafizə olunub. Şirkət mühəndisləri smartfonun informasiya təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetiriblər.

Yeni smartfon "Qualcomm Snapdragon 845" birkristallı sistemi, 4 giqabaytlıq operativ yaddaş, 128 giqabaytlıq quraşdırılmış yaddaş, 5600 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib.

Lakin 5,64 düym diaqonallı smartfon "IP68" standartı üzrə mühafizəsi, beşinci nəsil "Gorilla" şüşəsi ilə örtülməklə toxunuşa əlcəklə və ya nəm əllərlə reaksiya verən ekran, eləcə də icazəsiz müdaxiləyə cəhd zamanı bütün məlumatları silən funksiya ilə seçilir.

Smartfona xüsusi temperatur və rütubət ötürücüləri quraşdırılıb. Bundan başqa, qurğu əvvəlcədən qeyd edilən nömrəyə onun "GPS" koordinatlarını göndərməyə imkan verən "SOS" klavişinə malikdir.

"KATIM R01" smartfonunun əsas auditoriyasını hərbçilər, eləcə də ekstremal vəziyyətlərə düşən insanlar təşkil edir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL