waplog

“PlayStation Vita” oyun qurğusunun istehsalı dayandırılır


Yaponiyanın “Sony” şirkəti yaxın vaxtlarda “PlayStation Vita” portativ konsolunun ticarət şəbəkələrinə tədarükünün dayandırılacağını rəsmən bəyan edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, şirkət oyun qurğusunun tezliklə Yaponiyada istehsalının dayandırılması ilə bağlı əvvəllər yayılan informasiyanı da təsdiq edib. Dəqiq müddət açıqlanmasa da, şirkət tərəfindən “PlayStation 3” ilə bağlı oxşar bəyanatın konsolun istehsalının faktiki dayandırılmasından iki ay əvvəl verilməsini xatırlamaq olar.

Məlumata görə, hazırda satışda müvafiq olaraq “PCH-2000 ZA11” və “PCH-2000 ZA23” nömrəli korpusu qara və göy rəngli iki “PlayStation Vita” konsol modeli var. Lakin şirkət konsolu almaq istəyənlərə tələsməyi tövsiyə edir.

“PlayStation Vita” portativ konsolu 2011-ci ilin dekabrında Yaponiyada, 2012-ci ilin fevralında isə ABŞ və Avropada satışa çıxarılıb. Qurğu daha çox Yaponiyada populyarlıq qazanıb.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL