waplog

Ekspertlər “Android” sistemi ilə işləyən ən yaxşı smartfonların reytinqini tərtib ediblər


“AnTuTu” şirkətinin mütəxəssisləri 2019-cu ildə qiymət və keyfiyyət baxımından “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən ən yaxşı smartfonları müəyyənləşdiriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, 3 QB əməli yaddaş, 32 QB daxili yaddaş, 2.3 QHs takt tezlikli “Snapdragon 660” prosessoru ilə təchiz edilmiş “Redmi Note 7” smartfonu 150 dollarlıq cihazlar arasında ən yaxşı qurğu adlandırılıb.
 
“Meizu V8300” smartfonu 300 dollarlıq cihazlar arasında ən yaxşı qurğu elan edilib. Qurğu “MediaTek MT6739” adlı dördnüvəli prosessorla təchiz edilib, yaddaş tutumu “Redmi Note 7” ilə eynidir.
 
Ekspertlər “Xiaomi Mi 8” smartfonunun 6 QB əməli yaddaş və 64 QB daxili yaddaşa  malik versiyasını 450 dollarlıq kateqoriyada ən yaxşı smartfon adlandırıblar.
 
“Xiaomi Blask Shark” cihazı ən bahalı smartfonlar arasında birinci yerə layiq görülüb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL