waplog

Bu gün “Ümumdünya Hörümçək Toru” yaradılıb


“Ümumdünya Hörümçək Toru” Tim Berners-Li tərəfindən 1989-cu il martın 12-də təqdim edilib.
 
Martın 12-də “Google”un axtarış xidmətinin əsas səhifəsində yerləşdirilmiş yeni dudl “Ümumdünya Hörümçək Toru”nun 30 illiyinə həsr edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki,  “Ümumdünya Hörümçək Toru” Tim Berners-Li tərəfindən düşünülüb. Alim ilk əvvəl tipləşdirilmiş istinadlardan ibarət böyük hipermətn məlumat bazası yaratmağı planlaşdırıb. “Mesh” adlandırılacaq layihə CERN-də bir neçə kompüter arasında informasiya mübadiləsinə kömək etməli idi.
 
Nəticədə Berners-Li “HTML” dili, həmçinin “HTTP” və “WorldWideWeb.app” proqramlarını yazaraq blok-sxemi adi modelə çevirib.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL