waplog

“Windows” sistemində boşluq aşkar edilib


"Kasperski laboratoriyası" “Windows” əməliyyat sistemində naməlum boşluq aşkar edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, şirkətin saytında dərc edilmiş məlumata görə, hakerlər həmin boşluğun köməyi ilə şəbəkə və ya “qurban”ın qurğusu üzərində tam nəzarəti ələ keçirə bilərdilər.
 
Bu boşluqdan istifadə etmək üçün kibercinayətkarlar şəbəkə hücumlarının həyata keçirilməsi proqramını yazıblar. Proqram “Windows 8” və “Windows 10” əməliyyat sistemlərini hədəf alıb.
 
Boşluq haqqında informasiya “Microsoft” şirkətinə göndərilib. ABŞ şirkəti artıq yeniləmə çıxarıb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL