waplog

“Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyanın rolu” mövzusunda konfrans keçiriləcək


Noyabrın 24-25-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) birgə təşkilatçılığı ilə “Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyanın rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

AMEA-dan verilən məlumata görə, Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan tədbirdə dünyanın müxtəlif ölkələrindən elmi innovasiya sahəsində çalışan alimlər, dövlət qulluqçuları, ekspertlər, iş adamları iştirak edəcəklər.

İki gün davam edəcək konfransda “Elektron informasiya resurslarının inkişafı, istifadəsi yolları və onların innovasiya sahəsində rolu”, “Ölkənin sosial-iqtisadi inkişafının əsas amili kimi innovasiya biznesinin inkişafı”, “İnnovasiya layihələri və onların ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafında rolu” və s. mövzular müzakirə olunacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL