waplog

“iOS 13” əməliyyat sisteminin təqdimat tarixi açıqlanıb


ABŞ-ın “Apple” şirkəti “WWDC 2019” konfransında “iOS” mobil əməliyyat sisteminin 13-cü versiyasını təqdim edəcək. Bu haqda “The Verge” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, tədbir 3 iyunda ABŞ-ın San-Xose Sərgi Mərkəzində keçiriləcək. Mütəxəssislərin fikrincə, yeni əməliyyat sistemində bir sıra ciddi dəyişikliklər gözlənilir. Məsələn, yeniliklərdən biri qara rəngli interfeys olacaq. "Ridus" nəşri yazır ki, belə interfeys artıq “macOS Mojave” sistemində nəzərdə tutulub, ancaq indiyədək “iPhone” və “iPad” cihazlarında yox idi.
 
Həmçinin şirkət süni intellekt, sağlamlıq, fitnes, əlavə reallıq sahələri və başqa istiqamətlərdə öz nailiyyətləri barəsində söz açacaq və dəvət edilmiş mütəxəssislər bir sıra praktik məşğələ və seminarlar keçirəcəklər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL