waplog

“Microsoft” 250 dollarlıq kompyuter istehsal edəcək


Gələn ildən etibarən “Microsoft” korporasiyası öz tərəfdaşları ilə birlikdə müasir təhsil texnologiyalarından istifadə edə biləcək əhalinin aztəminatlı təbəqəsi üçün ucuz kompyuterlər istehsal etməyi planlaşdırır.

Bu barədə məlumat ABŞ-ın Rabitə üzrə Federal Komissiyasının “Connect to Compete” milli təşəbbüsünə həsr edilən sənədində yer alıb.

Rəqəmsal bərabərsizliyin aradan qaldırılmasına istiqamətlənən bu təşəbbüsə ucuz personal kompyuterlərin buraxılması ilə yanaşı, çoxlu əlavə proqramlar, o cümlədən, internetə yüksəksürətli ucuz çıxışın təmin edilməsi üzrə proqram daxildir.

İstehsalı planlaşdırılan ucuz PK-ların texniki xüsusiyyətləri barədə məlumat verilmir. Lakin sənədin mətnində “əvvəlcədən quraşdırılacaq “Windows” və “Office” proqramlarının daxil olacağı “yüksəkkeyfiyyətli” qurğular barədə informasiya var.

Genişzolaqlı çıxışın təqdim edilməsi üzrə proqrama gəldikdə, bu çərçivədə qiymətləri aylıq abunə haqqının vergilər nəzərə alınmadan – modemin pulsuz quraşdırılması və icarəsi şərtilə 9,95 dollar səviyyəsində müəyyən edilməsi planlaşdırılır. Proqram 2 il müddətinə nəzərdə tutulub.

“Amerikalıların üçdə birinin – 100 milyon insanın evdə yüksəksürətli internetdən istifadə etmək imkanı yoxdur. Genişzolaqlı çıxış rəqabətqabiliyyətli ABŞ iqtisadiyyatı, iş, elektron hökumət, təhsil və energetika üçün əsas amildir”,- deyə komissiyanın bəyanatında deyilir.

http://www.mincom.gov.az

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL