waplog

“Apple” korporasiyası “iTunes”dən imtina etmək istəyir


“Apple” korporasiyası “iTunes” xidmətindən imtina etməyi planlaşdırır. Bu haqda “iOS” tərtibatçısı Stiv Trout Smitə istinadən “Ferra” portalı məlumat yayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, sözügedən xidmət istifadəçilər üçün əlverişsiz olub, çünki olduqca müxtəlif məzmundan ibarətdir ki, bu da xidmətdən istifadəni çətinləşdirir. Bundan başqa, onun sözlərinə görə, “Apple TV+” xidmətinin elanı da “iTunes”dən imtina edilməsinə səbəb ola bilər. Şirkət bütün film və şouları “Apple TV” üçün proqrama daşımaq, başqa məzmun kateqoriyaları üçün ayrı-ayrı proqramlar hazırlamaq niyyətindədir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL