waplog

“Huawei” “5G” dəstəkli sürücüsüz işləyən "ağıllı” avtomobil təqdim edəcək


"Yicai Global" nəşrinin məlumatına görə, Çinin "Huawei Technologies" şirkəti Şanxay avtosalonu çərçivəsində "Dongfeng Motor" adlı yerli avtomobil istehsalçısı ilə birgə hazırlanmış öz ilk "ağıllı" avtomobilini təqdim etməyə hazırlaşır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "itc.ua" saytına istinadən yazır ki, layihənin təfərrüatları ilə tanış mənbələr bildiriblər ki, nəqliyyat vasitəsi sərnişinlərin hərəkət zamanı informasiya əldə etməsi üçün "5G" şəbəkəsi və "bulud" funksiyalarını dəstəkləyəcək.

 

Cari ayın əvvəlində "Huawei" və "Dongfeng" şirkətləri Xubey əyalətində Syanyan şəhərinin səlahiyyətli nümayəndələri ilə razılaşma imzalayıblar. Partnyorlar 450 milyon dollar məbləği müqabilində avtonom avtomobil və bulud xidmətləri əsasında sərnişinləri sürücüsüz daşımağa və "5G" şəbəkəsində daimi informasiya mübadiləsi sayəsində tıxac və qəzalardan xilas olmağa imkan verən nəqliyyat platforması hazırlamağa söz veriblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL