waplog

Yeni “Sony Playstation” modelinin xüsusiyyətləri məlum olub


“Sony PlayStation”nın aparıcı arxitektoru Mark Serni “Wired” portalına eksklüziv müsahibəsində oyun konsolunun yeni modeli haqqında məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, yeni oyun konsolu “Zen 2” arxitekturasında işləyən üçüncü nəsil “AMD Ryzen” prosessoru və 8K təsvir ölçüsünü dəstəkləyən videokartla təchiz ediləcək. Həmçinin yeni “PlayStation” konsolunda tutumlu səslənmə üçün məsuliyyət daşıyan xüsusi audioçip quraşdırılacaq.

 

Serni dəqiqləşdirib ki, HDD toplayıcı SSD ilə əvəz ediləcək.

 

Bundan başqa, yeni oyun konsolu “PS VR” virtual reallıq şlemini dəstəkləyəcək və “PlayStation 4” ilə əks-uyğunluğa malik olacaq.

 

Oyun konsolunun qiyməti və çıxarılma tarixi hələ açıqlanmayıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL