waplog

Ön kamera istifadəçilər üçün mühüm əhəmiyyət kəsb etmir


“GSMArena” resursu tərəfindən oxucular arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, smartfon istifadəçiləri üçün əsas kamera ön kameradan daha vacibdir. Rəyi soruşulanların 92%-i əsas kameraya önəm verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, lakin resursun məlumatına görə, insanlar ön kameradan tamamilə imtina etməyə hazır deyillər. Əksər istifadəçilər ön kameradan videozənglər, bəzi istifadəçilər isə smartfonun sifət vasitəsilə blokdan çıxarılması üçün istifadə edirlər. Bəzi istifadəçilər isə ön kameradan təyinatı üzrə (selfi) istifadə edirlər.

 

Sorğunun tərtibçiləri belə qənaətə gəliblər ki, smartfon istehsalçıları videonun çəkiliş keyfiyyətini yüksəltməyə önəm verməlidirlər, çünki istifadəçilər ön kameradan daha çox videozənglər üçün istifadə edirlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL