waplog

“Samsung” şaquli ekranla təchiz edilmiş televizorunu təqdim edib


“Samsung” şirkəti şaquli ekranla təchiz edilmiş yeni “Sero” televizorunu təqdim edib. Bu haqda Cənubi Koreya şirkətinin mətbuat xidmətindən məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Sero” televizorunun köməyilə sosial şəbəkələrdəki videoları izləmək rahatdır. Bunun üçün onu NFC modul vasitəsilə smartfona qoşmaq lazımdır. Televizoru, həmçinin üfüqi çevirmək mümkündür. Bundan başqa, “Sero” televizoru istifadə edilmədikdə rəqəmli fotoçərçivə və ya saata çevrilə bilər.

 

Yeni televizorun mayın sonunda satışa çıxarılacağı gözlənilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL