waplog

Ağdamın Çıraqlı kəndi simsiz rabitənin əhatə dairəsindədir


Çıraqlı Ağdamın bəlkə də yeganə kəndidir ki, üç tərəfdən ermənilərin əhatəsində qalıb. Bu kəndin qarşı tərəfindəki  Şıxlar, Gülçülük sovxozu və Qərvənd kəndləri erməni işğalındadır. 

Buna baxmayaraq, Ağdamın adıçəkilən kəndi CDMA simsiz stasionar rabitənin əhatə dairəsindədir. Ağdam TKQ-nın rəisi Hümbət Mustafayev “ictnews”-a bildirib ki, tədbirlər planına uğun olaraq Çıraqlı kəndində yeni EATS qurulmalı olsa da, bunun üçün müvafiq yer olmayıb.

O, Çıraqlı ilə qonşu olan Əhmədağalı kəndində yeni EATS-in qurulacağını və bu ATS-dən də Çıraqlı kəndinin telefonlaşdırılacağını da qeyd edib. “ Biz ərazidə məskunlaşan bütün sakinlərə CDMA telefon xidmətindən istifadə etməyi təklif etmişik”- deyə rəis bildirib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL