waplog

Parisdə şəhər hava nəqliyyatı istifadəyə veriləcək


“Airbus” Avropa təyyarəqayırma korporasiyası və Paris Avtonom Nəqliyyat İdarəsi (RATP) arasında yaxın beş il ərzində Parisdə ictimai hava nəqliyyatının yaradılması haqqında saziş imzalanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, tərəflər Parisin İl-de-Frans regionu ərazisində hava nəqliyyatı sisteminin yaradılması ilə bağlı razılığa gəliblər.

 

“Avtonom uçuşlar artıq elmi fantastika deyil”, – “Airbus” rəhbəri Qiyom Fori bildirib. O qeyd edib ki, hazırda şirkət bu sahədə texniki işləmələrə malikdir, lakin onların gündəlik həyata inteqrasiyası tələb olunur. Onun sözlərinə görə, bu halda prioritet hərəkət iştirakçılarının təhlükəsizliyi olmalıdır.

 

İl ərzində tərəfdaşlar hava nəqliyyatı xidmətlərinin qiymətlərini ucuzlaşdıraraq ondan şəhər əhalisinin əksər hissəsinin yararlanması imkanlarını nəzərdən keçirəcəklər.

 

Tərəflər ümid edir ki, beş il ərzində 4-6 sərnişin tutumuna malik hava nəqliyyatı sistemini yaratmaq mümkün olacaq. 1 km üçün gediş haqqı təxminən 1-2 avro təşkil edəcək.

 

Gələcəkdə oxşar texnologiyaların Fransanın digər iri şəhərlərində də tətbiq ediləcəyi gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL