waplog

Superkompyuterlərin maksimal gücü artırılacaq


Sietldə açılmış “SC11” superkompyuter konfransı çərçivəsində dünyanın 500 ən güclü superkompyuterinin beynəlxalq siyahısının yeni versiyası elan edilib. İlk dəfə olaraq, bu siyahıya gücü 10 petaflop/san həddini ötən superkompyuter daxil olub.

Yaponiyanın “RİKEN” Hesablama Elmləri İnstitutunda qurulmuş superkompyuter 10,51 petaflop/san (saniyədə 10,51 kvadrillion əməliyyat) pik məhsuldarlığa malikdir. “Top500.org” qrupu bildirib ki, “K Computer” superkompyuteri dünyanın 500 ən güclü hesablayıcı maşınının noyabr reytinqi üzrə lideri olub.

ABŞ və Çində artıq 15, hətta 20 petaflop/san gücündə olan superkompyuterlərin yaradılması layihələri haqqında fikirlər irəli sürülür, lakin bunlar hələ ki nəzəriyyədir, 10-da petaflop/san isə təcrübədə mütləq rekorddur.

Çin Xalq Respublikasında (ÇXR), həmçinin, keçən həftə yerli Çin istehsalının mikroprosessorları əsasında yaradılmış “Sunway” superkompyuteri təqdim edilib. “TOP-500”-ün may reytinqinin tərtibi zamanı, “K Computer” superkompyuteri “Fujitsu” şirkəti tərəfindən istehsal edilmiş 68544 ədəd 8 nüvəli “SPARC64 VIII” prosessorlarına malik olub və bu həllin ümumi gücü 8,162 petaflop/san təşkil edib.

Hal-hazırda isə prosessorların sayı 81600 ədədə çatmalıdır. “RİKEN” tədqiqat laboratoriyasından bildiriblər ki, “K Computer” üzərindəki işlər 2012-ci ilin noyabr ayına qədər başa çatmalıdır.

Qeyd edək ki, dünən “Cray” superkompyuter şirkəti dünyada ən güclü superkompyuterlərdən birinin yaradılması üçün İllinoys ştatının universiteti ilə 188 milyon dollar dəyərində müqavilə bağlayıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL