waplog

Niderlandda itkin düşən uşaqların axtarışı üçün bankomatlardan istifadə edilir


Niderlandda dünyada ilk dəfə bankomatlar “Amber Alert” milli sisteminə qoşulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT.” resursuna istinadən yazır ki, “Amber Alert” sistemi (America's Missing: Broadcast Emergency Response abreviaturası olduğuna görə çox vaxt AMBER kimi yazılır) itkin düşən uşaqların axtarışı üçün nəzərdə tutulub. “Amber Alert” məlumatlarının yayılması üçün müxtəlif ölkələrdə radiostansiya, televiziya, internet və mobil rabitə servislərindən istifadə edilir. Bildirişlər, həmçinin yol elektron lövhələrinə və reklam ekranlarına yerləşdirilir. Ötən həftədən etibarən 300-dən çox Niderland bankının təsvirində itən uşaqların fotoşəkilləri nümayiş olunur.

 

Məlumata görə, aeroport, böyük ticarət mərkəzləri və populyar görməli yerlərin yaxınlığında quraşdırılan bankomatlar “In2Retail” operatoruna məxsusdur. Gələcəkdə əhatə dairəsinin genişləndirilməsi, o cümlədən digər operatorların bankomatlarının qoşulması planlaşdırılır.

 

İtkin düşən və ya oğurlanılmış uşaqların fotoşəkilləri ilə yanaşı, bankomatlarda vətəndaşlara smartfonlarda bildirişlər almaq üçün “Amber Alert” sistemində qeydiyyatdan keçməyi bildirən çağırışlar göstəriləcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL