waplog

“Skype” mobil proqramında ekranı paylaşmaq əlçatan olub


“Skype” mobil proqramının istifadəçiləri videozəng zamanı ekranda baş verənləri həmsöhbətlə paylaşa biləcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, ekranı həmsöhbətlə paylaşmaq üçün videoçağırış prosesində alt sağ küncdəki üç nöqtədən ibarət düyməyə sıxmaq lazımdır.

 

Bu funksiya ilk dəfə apreldə sınaqdan keçirilib. İndi sözügedən funksiya “Android” (6.0 və yuxarı) və “iOS” (12 və yuxarı) istifadəçilərinə əlçatandır. Həmçinin “Linux”, “macOS” və “Windows 10” üçün proqramın versiyalarında ekranı paylaşmaq mümkündür.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL