waplog

Məşhur investor “İBM” korporasiyasına 10,7 milyard dollar xərcləyib


Amerika investoru Uorren Baffet öz şirkəti “Berkshire Hathaway” vasitəsi ilə “İBM” korporasiyasının 5,5% səhmini satın alıb. Bu barədə Baffet bu gün “CNBC” televiziyasına verdiyi müsahibəsində bildirib.

Baffet bildirib ki, onun şirkəti “İBM” korporasiyasının 64 milyon səhmini alıb və onların ümumi dəyəri 10,7 milyard dollar təşkil edir. Baffet qeyd edib ki, “İBM” korporasiyasının son 50 ildəki hesabatları ilə tanış olub və belə bir nəticəyə gəlib ki, korporasiya öz planlarına uyğun hərəkət edib və bütün vədləri vaxtında yerinə yetirib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL