waplog

“Amazon” dron-kuryerlərin köməyi ilə insanları izləmə texnologiyasını patentləyib


“Amazon” şirkəti dron-kuryerlərin köməyilə insanları izləmə sisteminin hazırlanması texnologiyasını patentləyib. Həmin texnologiyanı təhlükəsizlik kameraları kimi də istifadə etmək olar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, istənilən istifadəçi öz evini müşahidə etmək üçün “Amazon”dan dron-kuryerlər icarəyə götürə biləcək. Bu, ev təsərrüfatlarının təhlükəsizliyini yüksəltməyə imkan verəcək. Dron istifadəçiyə hər saat evdə baş verənlər haqqında məlumat verəcək.
 
Qurğu mikrofon və gecə görünüşlü kamera ilə təchiz ediləcək. Həmçinin qonşu evlərin təsviri bulanıq ediləcək ki, bu da qonşuların məxfilik problemini həll etməyə imkan verəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL