waplog

Şəkildən insanları silə bilən proqram təqdim olunub


“iPhone” sahibləri üçün əlçatan olan “Bye Bye Camera” adlı mobil proqram şəkildən insanları silmək xüsusiyyətinə malikdir. Bu haqda “Tech Crunch” portalı yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Do Something Good” şirkətinin proqramçıları bildiriblər ki, bu proqramın köməyi ilə istənilən şəkildən insanları silmək mümkündür. Xüsusi alqoritmlər şəkildəki insan fiqurunun konturunu hesablayır, onu kəsir, sonra isə boş qalmış hissəsini düzəldirlər.

 

Məlumata görə, sözügedən proqram şəkildən heyvan fiqurlarını silmir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL