waplog

İyunun ən sürətli “Android” smartfonları məlum olub


İyunun ən sürətli “Android” smartfonları məlum olub
 
“AnTuTu” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən məhsuldar smartfonların yenilənmiş reytinqini dərc edib. Reytinq iyunda keçirilən testlərin yekunu üzrə tərtib olunub.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, birinci yeri “Nubia Red Magic 3”, ikincini “Black Shark 2”, üçüncünü “Xiaomi Mi 9 Transparent Edition” smartfonu tutub. “Xiaomi Mi 9” modelinin standart versiyası isə siyahıda dördüncü mövqeyə yüksəlib.
 
“OnePlus 7 Pro”, “Meizu 16s”, “OnePlus 7” və “Redmi K20 Pro” müvafiq olaraq beşinci, altıncı, yeddinci və səkkizinci pillədə qərarlaşıb. Liderlər onluğunu “Samsung Galaxy S10+” və “Samsung Galaxy S10” smartfonları tamamlayıb.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL