waplog

“Google” üçüncü sualtı kabelini çəkir


“Google” öz xidmətlərinin işini sürətləndirmək məqsədilə növbəti sualtı kabelinin tikintisinə başlayıb. Layihə “Equiano” adlandırılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yüksəksürətli kabel Lissabondan Keyptauna kimi uzanacaq. Planlaşdırılan bir neçə şaxələnmə internet nəhənginin Afrikanın Nigeriya kimi ölkələrlə əlaqəsini genişləndirəcək.
 
“Google”un iddiasına görə, “Spatial Division Multiplexing” texnologiyasından istifadə edən “Equiano” layihəsi 2019-cu ilin iyununadək regiona xidmət edən kabellərdən təxminən 20 dəfə çox buraxılış qabiliyyəti təklif edə biləcək.
 
Bu kabel dünyada ilk dəfə dalğanın uzunluğu səviyyəsində ənənəvi kommutasiya metodundan fərqli olaraq optik çevrilmədən istifadə edəcək.
 
“Google” sözügedən kabelin tikintisini özü maliyyələşdirəcək.
 
“Google” şirkəti 3 ildə hesablama infrastrukturunun inkişafına təxminən 47 milyard dollar xərcləyib. Sualtı kabellər internetin texnoloji əsasını təşkil edir, çünki qlobal veb trafikinin 99%-ni onlar təmin edirlər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL