waplog

“Samsung Galaxy Note 10” smartfonunun təqdimat tarixi rəsmən açıqlanıb


"Samsung" şirkəti bazar ertəsi KİV nümayəndələrinə avqustun 7-də Bruklində "Barclays Center" idman arenasında keçiriləcək "Unpacked" tədbirində iştirak üçün dəvətnamə göndərib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, dəvətnamədə tədbirdə nəyin baş verəcəyi göstərilməsə də, yeni nəsil "Samsung Galaxy Note" smartfonunun təqdim ediləcəyi şübhə doğurmur.
 
"Samsung Galaxy Note 10" smartfonunun "Note" seriyasının dizaynını qoruyaraq "Galaxy S10" modelinin funksiyalarını, o cümlədən ekrana yerləşdirilən ön kamera, displeyə quraşdırılan barmaq izi skaneri və s. özündə birləşdirəcəyi gözlənilir.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL