waplog

“Huawei” dünyanın “ağıllı” şirkətləri reytinqində birincidir


Yüz iyirmi illik tarixə malik "MIT Technology Review" biznes jurnalı 50 "ağıllı" şirkətin reytinqini dərc edib. "TR50" adlı siyahıya sənaye nəhənglərindən tutmuş, gənc startaplaradək müxtəlif sahələri təmsil edən brendlər daxildir. Jurnalın reytinqi dünyanın ən nüfuzlularından hesab olunur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, siyahıda məşhur "Tesla", "Intel", "Bosch", "NVIDIA" ilə yanaşı, istehlakçılar arasında az tanınan bir sıra Çin şirkətlərinin yer alması maraq doğurur. Reytinqə isə son aylar adı çoxlu qalmaqallarda hallanan "Huawei" şirkəti başçılıq edir.
 
"MIT Technology Review" reytinqini şərh edən şirkətin Direktorlar Şurasının üzvü Uilyam Syun bildirib ki, son 30 ildə "Huawei" əsasən texniki və mühəndis innovasiyaları, eləcə də müştərilərin tələbatına əsaslanan həllərdə innovasiyalar tətbiq edib. "Biz bunu "1.0 innovasiyaları" adlandırırıq. Gələcəkdə "Huawei" nəzəri irəliləyiş və kəşflərə aid "2.0 innovasiyaları" ilə məşğul olacaq. Şirkət hərtərəfli inkişafa çalışır. İnnovasiyaların kəşfi dünya ekspertləri ilə əməkdaşlıq deməkdir. Bu prosesdə resurs və imkanlar ümumi olur, faydadan isə bütün insanlar və sahələr yararlanır", – "Huawei" təmsilçisi qeyd edib.
 
Jurnal redaksiyası Çinin elektronika istehsalçısını kəşflər sahəsində innovator kimi qeyd edərək onu nəzəri inkişafda çoxlu təkliflərlə çıxış edən şirkət və hərtərəfli inkişaf edən brend adlandırıb.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL