waplog

Cari ilin sonunadək Quancjouda “5G” şəbəkəsini dəstəkləyən 14 mindən çox stansiya istifadəyə veriləcək


2019-cu ilin sonunadək Quandun (Cənubi Çin) əyalətinin inzibati mərkəzi olan Quancjou şəhərində “5G” şəbəkəsini dəstəkləyən 14 min stansiya istifadəyə veriləcək. Bu haqda “Sinxua” agentliyi məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, cari ilin iyun ayına olan vəziyyətə görə, Quancjou şəhərində artıq “5G” şəbəkəsini dəstəkləyən 5 min baza stansiyası tikilib və istifadəyə verilib.
 
Məlumata görə, 2021-ci ilədək “5G” şəbəkəsini dəstəkləyən baza stansiyalarının sayı 65 mini ötəcək ki, nəticədə əsas rayonlar və meqapolisin əsas zonaları “5G” şəbəkəsi ilə fasiləsiz təmin ediləcək.
 
“5G” şəbəkəsinin yayılması elektronika istehsalı və süni intellekt kimi bir çox sahələrin inkişafına kömək edəcək.
 
Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının proqnozuna görə, 2030-cu ilədək Çində “5G” texnologiyaları 8 milyondan çox iş yeri yaradacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL