waplog

Azərbaycan EUROGİRO pul köçürmələri sisteminə qoşulmayacaq


“Azərbaycan EUROGİRO pul köçürmələrinə qoşulmayacaq və perspektivdə belə bir məsələ yoxdur”. Bu barədə məlumat verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, bu sistemə əsasən Avropa Birliyi ölkələri qoşulub və sistem onlar üçün daha əlverişlidir.
“Bizim əsas trafikimiz MDB ölkələri, Türkiyə və Yaxın Şərq ölkələrilədir. Bu ölkələr də əsasən STEFİ sistemini dəstəkləyir” – deyə N.Məmmədov bildirib.
Qeyd edək ki, EUROGİRO pul köçürmələri sisteminin mərkəzi ofisi Danimarkada yerləşir və Avropa ölkələri arasında ən populyar pul köçürmələri sistemidir

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL