waplog

Rusiyada hərbçilər üçün “BQ 2432 Tank SE” mobil telefonu buraxılıb


Rusiyanın “BQ” smartfon brendi hərbi qulluqçular üçün “BQ 2432 Tank SE” düyməli mobil telefonunu təqdim edib. O, diktofon, fləş toplayıcı, fotokamera, “Bluetooth” dəstəyi, internet və MMS çıxışının quraşdırılmaması daxil olmaqla 2019-cu ildə Rusiya ordusunda icazə verilən qurğular üçün bütün tələblərə tam cavab verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğu Rusiya ordusunun özünəməxsusluğunu qeyd etmək üçün xüsusi hazırlanan ciddi dizaynı, eləcə də yüksək möhkəmliyi və uzun müddət avtonom iş vaxtı ilə seçilir.

 

240 × 320 piksel təsvir ölçülü 2,4 düym diaqonallı “QVGA” displeylə təchiz olunan mobil telefon gözləmə rejimində eyni anda işi dəstəkləyən SİM kartlar üçün iki çıxışa malikdir.

 

Bundan başqa, “BQ 2432 Tank SE” iki fənər, dinamik və bir neçə həftə ərzində təkrar enerji toplamadan işi təmin edən 2500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

 

Yeni qurğunun korpusu plastikdən hazırlanıb və metal vintlərlə möhkəmlədilib, enerji doldurma çıxışı isə toz, çirk və sudan mühafizə üçün rezin qapaqla qorunur.

 

“BQ 2432 Tank SE” mobil telefonunun qiyməti 26,79 dollar təşkil edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL