waplog

“Huaqin” şirkəti “Samsung” smartfonlarının buraxılışı ilə məşğul olacaq


“Samsung” şirkəti ucuz smartfon və orta sinifli qurğuların buraxılışı ilə məşğul olacaq Çinin müqavilə əsasında fəaliyyət göstərən (ODM) “Huaqin” istehsalçısı ilə saziş imzalayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DGL” resursuna istinadən yazır ki, bu, “Samsung” şirkətinin bağladığı ikinci oxşar sazişdir. Belə ki, Cənubi Koreya istehsalçısı bundan əvvəl “Samsung Galaxy Galaxy A6s” və “Samsung Galaxy A60” smartfonlarını hazırlayan “Wingtech” şirkəti ilə əməkdaşlığa başlayıb.

 

Bildirilir ki, “ODM” istehsalçılarından istifadə “Samsung” şirkətinə istehsal xərclərini azaltmağa və Çinin “Huawei”, “Xiaomi”, “Oppo” və s. smartfon istehsalçılarına görə böyük problemlərlə üzləşdiyi ucuz qurğular seqmentində uğurla rəqabət aparmağa imkan verəcək.

 

“IHS Market” analitik şirkətinin qiymətləndirməsinə görə, “ODM” istehsalçıları tərəfindən buraxılan “Samsung” smartfonlarının payı bu il 8 faizə çataraq təxminən 40 milyon ədəd təşkil edəcək.

 

Bütün proseslərin, o cümlədən məhsulun dizayn və hazırlanmasının podratçı şirkət tərəfindən idarə edilməsini nəzərdə tutan “OEM” müqaviləsindən fərqli olaraq “ODM” sazişinin şərtinə yalnız hazırlanma daxildir, məhsulun işlənməsi və dizaynı ilə sifarişçi məşğul olur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL