waplog

İsrailin “Amos-17” telekommunikasiya peyki orbitə çıxarılıb


Avqustun 7-də ABŞ-ın "SpaceX" kosmik korporasiyası "Falcon 9" raketdaşıyıcısının növbəti uğurlu uçuşunu həyata keçirərək "Spacecom" şirkətinin sifarişi ilə İsrailin "Amos-17" telekommunikasiya peykini orbitə çıxarıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, 36 min km hündürlükdə geosinxron orbitə çıxarılan "Amos-17" aparatı "Boeing" şirkəti tərəfindən hazırlanıb. O, "Amos" peyk qruplaşmasını tamamlayaraq "Spacecom" şirkətinin afrikalı istifadəçilərinin müxtəlif telekommunikasiya servis və xidmətlərinə çıxışını təmin edəcək. Peykin planlaşdırılan istismar müddəti 20 il təşkil edir.

 

Qeyd olunur ki, "SpaceX" bu buraxılışı sifarişçi üçün pulsuz həyata keçirib. Buna səbəb isə "Spacecom" şirkətinin əvvəlki peykinin (Amos-6) "Falcon 9" raketdaşıyıcısının 2016-cı ilin sentyabrında start meydançasında partlaması nəticəsində itirilməsidir. O zaman "Spacecom" şirkətinə 50 milyon dollar kompensasiyanın ödənilməsi və ya növbəti peykin pulsuz buraxılması təklif olunub. İsrail şirkəti ikinci variantı seçib.

 

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL