waplog

“Huawei”: 4 robot növü tezliklə ailənin üzvünə çevriləcək


Çinin “Huawei” şirkətinin proqnozuna görə, süni intellekt və “5G” rabitəsinin inkişafı sayəsində 6 il sonra insanların əksəriyyəti robotlarla birgə yaşayacaq. Hər 7 nəfərdən biri ev robotuna malik olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Huawei” şirkəti "Texnologiyaların gələcəyinə baxış" adlı hesabatını təqdim edib. Mühüm dəyişiklik odur ki, ev robotlarının sahibləri onları öz ailəsinin üzvü kimi qəbul edəcək. “Huawei” bu məqsədlə "geniş ailə" terminindən istifadə edir.

 

Çin şirkətinin proqnozuna görə, 2025-ci ilədək süni intellektdən istifadə edən 4 robot növü geniş yayılacaq: eşikağası, kompanyon, tibb bacısı və bionika (yəni bədənin ayrı-ayrı hissələrinin əvəzediciləri).

 

"Biz həyatda, işdə və cəmiyyətdə çox sürətli dəyişikliklərin baş verdiyini görürük, çünki hər bir sahədə süni intellekt, “5G”, bulud hesablamaları və başqa yeni texnologiyalar tətbiq edilir" – “Huawei”nin top-menecerlərindən biri Kevin Can deyib.

 

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL