waplog

Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir


Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin köməyi ilə fizioloji siqnalların aşkar edilməsi üzrə yeni üsul işləyib hazırlayıblar. Həmin datçiklər geyimə bərkidilmiş qəbulediciyə məlumat ötürür. Beləliklə, istifadəçilər öz sağlamlıq vəziyyətinə daim nəzarət imkanına yiyələnəcəklər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, tədqiqatçılar yeni texnologiyanı nümayiş etdirmək üçün datçikləri istifadəçilərin bilək və qarın nahiyəsinə yapışdırıblar: onlar insanın nəbzinə və nəfəsinə nəzarət ediblər, hər bir ürək döyüntüsü  və ya nəfəs alma vaxtı dərilərinin necə dartılıb yığılmasını müəyyənləşdiriblər. Eynilə insanın dirsək və dizlərinə yapışdırılmış datçiklər əl və ayaqların hərəkətini izləyir.
 
Kimya professoru Çjenan Bao hesab edir ki, “BodyNet” adlandırılmış sözügedən texnologiya tibb müəssisələrində aktiv istifadə olunacaq. O, yuxu pozğunluğu və ya ürək xəstəliyindən əziyyət çəkən pasiyentlərin monitorinqində faydalı olacaq.
 
Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL