waplog

Yeni “iPhone” modelləri sentyabrın 10-da təqdim ediləcək


“Apple” korporasiyası sentyabrın 10-da Stiv Cobs adına teatrda keçiriləcək tədbirə KİV üçün dəvətnamə göndərib. Tədbirin şüarı – “By innovation only” (“Yalnız yenilik") kimi səslənir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, tədbirdə təqdim ediləcək yeniliklər haqda məlumat verilməyib, ancaq adətən “Apple” məhz sentyabrın əvvəlində yeni smartfon və başqa yeniliklərini təqdim edir. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbiri “Apple.com” saytından canlı izləmək mümkün olacaq.
 
Cari ildə “Apple”ın yenidən 3 smartfon modeli təqdim edəcəyi gözlənilir. Smartfonlar 12 meqapiksellik selfi kamera (2018-ci ilin modellərində bu göstərici 7 meqapiksel olub), “TSMC”in istehsalı olan təkmilləşdirilmiş “A13” çipi, daha tutumlu batareya, “Lightning” əvəzinə “USB-C” portu, həmçinin ikitərəfli simsiz enerjidoldurma texnologiyası (başqa qurğuları enerji ilə doldura biləcəklər) ilə təchiz ediləcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL