waplog

“Hyundai” ekzoskeletləri insan gücünü artırır (VİDEO)


"Hyundai" şirkəti müxtəlif istifadə senarisi üçün bir neçə tip ekzoskelet hazırlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, onlardan biri – "Chairless Exoskeleton" istifadəçi dizinin qorunması üçün nəzərdə tutulub, digəri – "Vest Exoskeleton" (VEX) boyun və kürəyin əlavə ağırlığını azaldır. "VEX" ekzoskeletinin bu il təqdim edilən modernləşdirilmiş versiyası əvvəlki variantdan yüngül olmaqla çəkisi 2,5 kiloqram təşkil edir. Şirkətin məlumatına görə, bu göstərici rəqib məhsulların nəticələrindən 42 faiz azdır.

 

"Huyndai" nümayəndələri qeyd edir ki, az çəkiyə akkumulyatorların quraşdırılmaması sayəsində nail olunub. İstifadəçi üçün altı dərəcəli güc dəstəyini hərəkətə mane olmayan xüsusi yay sistemi təmin edir. Belə model əyləc sistemlərinin və ya işlənmiş boruların quraşdırılması üçün mexanik və ya montaj xətti işçiləri tərəfindən istifadə edilə bilər.

 

"VEX" işçiləri yüksəkdə yerləşən obyektlərlə iş zamanı əlavə ağırlıqda mobillik və uyğunlaşma dəstəyi ilə təmin edir", – "Hyundai" şirkətinin robot texnikası şöbəsinin rəhbəri Don-Cin Hiun bildirib.

 

"Huyndai" təmsilçilərinin sözlərinə görə, şirkət cari ilin sonunadək ekzoskeletlərin kommersiya buraxılışına başlamağı planlaşdırır.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL