waplog

“iPhone 11 Pro” smartfonunun displeyi dünyada ən yüksək qiymətə layiq görülüb


“DisplayMate” şirkətinin ekspertləri “iPhone 11 Pro” və “iPhone 11 Pro Max” smartfonlarına quraşdırılmış displeyi ən yüksək qiymətə (A+) layiq görüblər. Analitiklər bildiriblər ki, yeni smartfonlara quraşdırılmış “Super Retina XDR” displeylərində ötənilki “iPhone Xs Max” ilə müqayisədə mühüm dəyişikliklər (daha yüksək parlaqlıq, rəng dəqiqliyi və sairə) edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bu halda yeni smartfonlara quraşdırılmış OLED panellər 2018-ci ilin modelləri ilə müqayisədə 15% daha enerji səmərəlidir. “iPhone 11 Pro Max” cihazının displeyi ən yüksək qiymətə layiq görülüb. Analitiklər yalnız displeyin kontrastlığının bir qədər çox olmasını tənqid ediblər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL