waplog

Beynəlxalq Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC  Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 75 illiyinə həsr olunmuş poçt markasını tədavülə buraxıb.

Buraxılış 1 markadan ibarət poçt bloku formasında hazırlanıb. Blokun ölçüsü 85x102 mm, markanın ölçüsü 37x52 millimetrdir. Blokda buludların fonunda təyyarə qanadı təsvir olunub, aşağı sol küncdə isə “ICAO 2019 – 75 years connecting the world / 75 ildir dünyanı birləşdirir” mətni yerləşdirilib. Markanın üzərində “ICAO”-nun loqotipinin elementlərinin davamı olaraq xüsusi basmanaxış çap üsulu ilə “75” rəqəmi təsvir edilib.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş poçt bloku 8 000 ədəd tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Həmçinin xüsusi xatirə möhürü və 700 ədəd Birinci gün zərfləri də hazırlanıb. 











NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL