waplog

Azərbaycanın mobil operatoru Apple smartfonları və planşetlərinin satışını subsidiyalaşdıracaq


Azərbaycanın mobil rabitə operatoru "Bakcell" Apple smartfonları və planşet kompüterlərinin satışını subsidiyalaşdıracaq. Bu barədə "Bakcell" şirkətinin baş kommersiya direktoru Krasimir Genov məlumat verib. Onun sözlərinə görə, bu qurğuların satışını subsidiyalaşdırmaqla şirkət onları istifadəçilər üçün daha əlçatan etməyi planlaşdırır.

"Bu gün bütün bazar bu istiqamətdə gedir və Azərbaycan bazarı da istisna deyil. Biz tezliklə onların satışını subsidiyalaşdırmağa başlamaq niyyətindəyik. Söhbət təkcə telefonlardan deyil, həm də planşet kompüterlərdən və netbuklardan gedir", - Genov bildirib.

Bir müddət əvvəl Alma Store (Apple Premium Reseller firma mağazalarının Azərbaycanda rəsmi şəbəkəsi) mağazalar şəbəkəsi şirkətinin baş icraçı direktoru Ramin Musayevin Trend-ə bildirdiyinə görə, əgər operatorlar ABŞ və Avropa ölkələrində edildiyi kimi iPhone-un satışını subsidiyalaşdırsalar, onların satış həcmi arta bilər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL