waplog

Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək


Bu ilin 18-24 oktyabr tarixlərində Azərbaycanda "InnoWeek – İnnovasiya həftəsi" keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunacaq.

Tədbirlər Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Azercell" və "Microsoft" şirkətləri ilə birgə reallaşdırılır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL