waplog

“Microsoft” 25 ildə ilk dəfə klaviaturaya yeni klavişlər əlavə edib


“Microsoft” şirkəti 1994-cü ildən etibarən ilk dəfə klaviaturaya yeni klavişlər əlavə edib. Yeni klaviaturalarda “Office” proqramları paketinin sürətli çağırışı üçün ayrılmış klaviş var, digər klaviş isə emodzilərin yerləşdirilməsi üçün nəzərdə tutulub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, sözügedən yeni klavişlər ilk olaraq “Microsoft Ergonomic Keyboard”a və nazik “Bluetooth Keyboard”a (“Bluetooth 5.0” simsiz moduluna malikdir) əlavə edilib. ABŞ-da yeni klaviaturlar oktyabrın 15-dək müvafiq olaraq 59,99 və 49,99 dollar qiymətinə satışa çıxarılacaq.
 
"Ofis" proqramları üçün ayrılmış klaviş adətən klaviaturanın sağ hissəsində yerləşən köməkçi “Win” klavişini əvəz edir. Office + W klavişlərinin kombinasiyası “Word”, “Office + X” isə “Excel” proqramını işə salır. Üzərində təbəssüm təsviri olan klaviş isə “Windows 10” sistemində emodzi seçimi üçün siyahı açır.
“Microsoft” korporasiyası 25 il ərzində (1994-cü ildə “Microsoft Natural” klaviaturasının çıxışı anından) klaviaturada standart düzülüşü dəyişdirməyib.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL