waplog

Çinlilər yalnız sifətin skan edilməsindən sonra mobil internetə daxil ola biləcəklər


Çin hökuməti internet üzərində nəzarəti gücləndirir. Dekabrın 1-dən etibarən mobil telefon nömrəsi əldə etmək üçün ərizə verən istifadəçilər telekommunikasiya şirkətləri tərəfindən sifətin skan edilməsi prosedurundan keçməli olacaqlar.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, yeni tədbirlərin rəsmi məqsədi kiberməkanda fırıldaqçılıq və başqa cinayətlərlə mübarizə aparmaqdır. Ancaq ekspertlər Çin rəhbərlərinin 850 milyondan çox mobil internet istifadəçisi üzərində nəzarəti daha da gücləndirməyi planlaşdırdığını istisna etmirlər.
 
Əksər ölkələrdə mobil rabitə xidmətlərinin göstərilməsi üçün müqavilə imzalanarkən pasport və ya digər şəxsiyyət vəsiqəsi lazımdır. Çində bu cür qaydalar 2013-cü ildən qüvvədədir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL