waplog

Bu ölkənin universitetlərində smartfonlardan istifadəyə qadağa qoyulub


Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatındakı kollec və universitetlərdə smartfonlardan istifadəyə qadağa qoyulub. Bu barədə “Hindustan Times” qəzeti yazır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, "bu məhdudiyyət tələbələr üçün daha uyğun tədris mühiti yaratmağa imkan verəcək" – qəzet Uttar-Pradeşin ali təhsil məsələləri üzrə idarəsinin bəyanatından sitat gətirib. Qadağa həm tələbələr, həm də ştatın bütün ali məktəb müəllimlərinə şamil olunur.

 

Xatırladaq ki, cari il iyunun 1-dən etibarən Uttar-Pradeş ştatının baş naziri Yoqi Adityanatx yerli hökumətin iclaslarında smartfonlardan istifadəni qadağan edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL