waplog

Telefon danışıq haqları bütün rayonlarda plastik kartlarla ödəniləcək


”Aztelekom”İB şəhərlərarası və beynəlxalq danışıqlara görə borcların bankomatlarda plastik kartlar vasitəsi ilə ödənilməsi layihəsini genişləndirir. Birlikdən verilən məlumata görə, hazırda bu layihə Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Lənkəran Şirvan şəhərlərində, Abşeron, Şəki, Göyçay, Quba, Xaçmaz, Yevlax, Şəmkir rayonlarında tətbiq edilib. Məlumatda daha sonra bildirilir ki, layihənin digər rayonlarda ilk növbədə Şimal və Şimal-Qərb bölgəsində tətbiqi planlaşdırılır.

Qeyd edək ki, bu xidmətin tətbiqi məqsədilə “Aztelekom” İB, Məlumat Hesablama Mərkəzi, “Azərikart” MMC-nin və müvafiq bankların mütəxəssisləri ilə birgə müzakirələr aparılmış və razılaşma protokolu imzalanmışdır.

Xatırladaq ki, plastik kart vasitəsi ilə ödəniş sisteminin Bakı şəhərində tətbiqinə 2006-cı ilin yanvarından başlanılmış və hal-hazırda proses müvəffəqiyyətlə həyata keçirilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL