waplog

Çində kriptovalyuta haqqında qanun qəbul edilib


Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi 1 yanvar 2020-ci il tarixində qüvvəyə minəcək kriptoqrafiya haqqında qanun qəbul edib. Bu hadisə Çinin prezidenti Si Tszinpinin blokçeyn texnologiyasının imkanlarından faydalanmağa çağırışından bir gün sonra baş verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Çin hələ ki ticarətdə kripto valyutadan istifadəni qadağan edib və öz rəqəmli valyutasını təqdim etməyi planlaşdırır. Lakin blokçeyn texnologiyasının ayrılmaz bir hissəsi olan kriptovalyuta ölkənin kriptovalyuta bazarında rəqabət qabiliyyətinin artırılmasında böyük rol oynaya bilər.

 

Yeni qanun kommersiya yönümlü kriptoqrafiyadan istifadə hallarında ortaya çıxan tənzimləyici və hüquqi problemlərin həllinə yönəlib, çünki onlar Çin iqtisadiyyatının inkişafında getdikcə daha böyük rol oynayır.

 

Qanuna görə, hakimiyyət kriptoqrafik standartlara nəzarət edəcək. Həmçinin sözügedən qanun Çin hökumətinə, şirkətlərinə və şəxslərinə zərər verə biləcək məlumat itkilərinin qarşısını almaq üçün qəbul edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL