waplog

“Apple” korporasiyası “iPhone 5” sahiblərini öz smartfonlarını yeniləməyə məcbur edir


“Apple” şirkəti “iPhone 5” sahiblərini tezliklə smartfonun funksionallığının məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq edib. “iOS” sisteminin köhnə versiyasından istifadə edənlər xoşagəlməz halların qarşısını almaq üçün 3 noyabr tarixinədək 10.3.4 versiyasını quraşdırmalıdırlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, əks halda istifadəçilər veb səhifələrə və “App Store”yə baxa, e-poçt göndərə, “iCloud” sisteminə daxil ola, vaxt və tarixin düzgün göstərilməsi ilə əlaqəli digər funksiyalardan istifadə edə bilməyəcəklər.

 

Xatırladaq ki, “iPhone 5” smartfonu 2012-ci ildə satışa çıxarılıb.

 

“Apple” korporasiyası bu yaxınlarda “iOS 13” mobil əməliyyat sistemi ilə bağlı statistikasını paylaşıb. Oktyabrın 15-nə olan məlumata görə, şirkətin smartfonlarının 50%-i sözügedən sistemin idarəetməsi altında işləyir. Smartfonların 41%-i “iOS 12”, 9%-i isə əvvəlki versiyaların idarəetməsi altında işləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL